Server Haqqında Məlumatlar

Server Tarixçəsi Haqqında

AzPixel Network ilk dəfə 2025-ci ilin fevralın 1-də Buzzafk, Carnixfbi Nuran63 tərəfindən istifadəyə verilsə də, serverin əsası daha əvvəl qoyulmuşdu. İlk dəfə 2024-cü ilin yay aylarında ScofieldMC adı altında fəaliyyət göstərən server, qısa müddət, təxminən 1-2 ay aktiv qaldıqdan sonra bağlanmışdı. Daha sonra, 2024-cü ilin noyabr ayında ScofieldMC Sezon 3 olaraq yenidən açıldı.

İki ay sonra, həmin komanda ScofieldMC komandasından ayrılaraq öz layihələrini yaratmağa qərar verdilər və nəticədə AzPixel Network adı altında yeni bir başlanğıc edildi. Bu böyük açılış 1 fevral 2025-ci ildə uğurla həyata keçirildi və server indiyə qədər aktiv şəkildə fəaliyyətini davam etdirir. 🚀

Texniki Məlumat

  • Versiya Dəstəyi – Minecraft 1.8-dən 1.21-ə qədər bütün versiyalar problemsiz dəstəklənir.

  • Güclü Server Performansı – Ən yüksək performanslı kompüter parametrləri ilə təchiz olunmuşdur, bu da stabil və sürətli oyun təcrübəsi təmin edir.

  • Aşağı Ping – Server optimizasiya olunub və mümkün olan ən aşağı gecikmə (ping) dəyərləri təmin edilir.

  • Premium Plaginlər və Aktiv NəzarətÖdənişli premium plaginlər sayəsində oyun təcrübəsi daha keyfiyyətli, maraqlıdır və server daim nəzarət altındadır.

  • Gücləndirilmiş Təhlükəsizlik Sistemi – Serverdə anti-hilə, anti-söyüş, anti-lag və anti-bot sistemləri qurulub ki, oyunçular rahat və ədalətli oyun oynaya bilsinlər.

  • Daimi Yeniliklər – Server daim yenilənir və oyunçuların istəklərinə uyğun yeni xüsusiyyətlər və oyun rejimləri əlavə olunur.

Last updated

Was this helpful?