Server Qaydaları
AzPixel Network-də hər kəsin əylənməsi bizim üçün önəmlidir!
Bu səbəbdən, serverdə qaydalara riayət etmək çox vacibdir! Biz hamının yaxşı vaxt keçirməsini istəyirik, ona görə də qaydalarımıza hörmətlə yanaşmağı xahiş edirik. Bu qaydalar serverdə sülh, hörmət və ədaləti qorumaq məqsədilə tərtib olunub. Unutmayın, qaydaları pozmaq heç kimə xoş gəlməz və belə hallarda müvafiq tədbirlər görüləcəkdir.
Söyüş, Arqo, Toxic, Tərbiyəsiz sözlərdən istifadə qadağandır! (Qısaldılmış, Sansürlənmiş versiyası da daxildir)
Dava yaratmaq, Davanın yaranmasına səbəb olmaq, davanı gücləndirmək qadağandır!
Spam, Reklam, CAPS - dan istifadə qadağandır!
Oyunçunun icazəsi olmadan məzələnmək, zarafatlaşmaq, sataşmaq, hədələmək və s. qadağandır!
Dini məsələlərə girmək, 18+ məzmunlu söhbətlər aparmaq qadağandır!
Oyunçunu narahat etmək qadağandır! (Çoxlu sayda Etiketləmək və s.)
Yalan danışmaq, aldatmaq, fırıldaqçılıq etmək qadağandır!
Hilə Clienti, Hilə faylı ilə serverə girmək qadağandır!
VPN/PROXY - dən istifadə etmək qadağandır!
Client və ya Mod faylları ilə daxil olmaq qadağandır! (əgər modlarınız böyük dəyişiklik etmirsə məsələn fps boosting kimi, admin icazəsindən sonra olar)
Yan hesablardan özünüzə pul, əşya və s. vermək qadağandır!
Başqa oyunçunun icazəsi olmadan onun hesabına girmək, hesaba daxil olmağa çalışmaq, hesab oğurlamaq qadağandır!
Serverdə olan xətaları, bugları aşkar edib adminə bildirməmək, şəxsi fayda üçün istifadə etmək qadağandır!
Qurucunu, Admini, Moderatoru boş yerə çağırmaq, narahat etmək, məzələnmək qadağandır!
Strimer yayındadırsa, video çəkirsə, narahat etmək qadağandır!
Tərbiyəsiz və Ayıb oyunçu adı, skin ilə serverə girmək qadağandır!
Tərbiyəsiz və Ayıb tikili tikmək qadağandır!
Oyunçunu soyudacaq hər hansısa bir hərəkət etmək, oyun ləzzətini pozmaq və s. qadağandır!
Serveri pisləmək qadağandır (təklif və iradlarınızı discord serverimizdən ticket yaradıb yazın)
Oyunçuları spam-kill etmək, razılaşaraq öldürüb skof qazanmaq, liderlik siyahısına girmək qadağandır!
Başqa oyunçuların şəxsi məlumatlarını icazələri olmadan paylaşmaq qadağandır
Qeyd: Serverə girdikdə qaydaların hamısını oxuyub qəbul etmiş sayılırsınız və hər hansısa cəzaya güzəşt olunmayacaq. Cəzanızın silinməsi üçün hər hansısa bir admin, moderator və ya qurucunu narahat etməyin.
Son olaraq, əgər qaydaları pozan birini görsəniz, xahiş edirik, dərhal admin və ya moderatora məlumat verin. Minecraft serverində olarkən /report (oyunçu) (səbəb) yazaraq şikayətinizi bildirə, Discord serverimizdə isə #ticket açaraq bizə məlumat verə bilərsiniz. Şikayət edərkən şəkili və ya video formatda sübutunuz olsa, çox daha məqsədə uyğun olar. Qaydaları pozan oyunçuları şikayət etdiyiniz halda adminlər tərəfindən mükafat qazanmaq şansınız olacaq! Həm serverin qayda-qanununu qorumağa kömək edin, həm də özünüz üçün bonus əldə edin. İndidən təşəkkürlər!
Last updated
Was this helpful?